Rusiya Ukrayna ərzisindəki separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıyıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.
“Mən çoxdan gecikmiş bir qərarın qəbul edilməsini zəruri hesab edirəm – Donetsk Xalq Respublikasının və Luqansk Xalq Respublikasının müstəqilliyini və suverenliyini dərhal tanımaq”-deyə prezident bildirib.
Daha sonra Rusiya Prezidenti “Luqansk və Donetsk xalq respublikaları”nın “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.