Rusiya İspaniyanın 27 diplomatını ölkədən qovdu

Moskva İspaniya səfirliyinin 27 əməkdaşını “persona non-qrata” elan edib.

Diplomatlar 7 gün ərzində ölkəni tərk etməlidirlər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfir Markos Qomes Martines bu gün Rusiya XİN-ə çağırılıb və ona Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşının ölkədən çıxarılması qərarı ilə bağlı etiraz edilib. Cavab olaraq eyni sayda ispaniyalı diplomatın Rusiyadan çıxarılacağı bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.