Tayvan böhranı ABŞ-ı hərəkətə keçirdi - Çip istehsalına 50 milyardlıq sərmayə qoyulur

ABŞ Tayvanla bağlı gərginlik fonunda hərəkətə keçib.

Azpost.info xəbər verir ki, hökumət yerli sənayenin əsas sahələrinin, o cümlədən yarımkeçiricilərin istehsalının inkişafına təxminən 52 milyard dollar investisiya qoyacaq.

Artıq ABŞ prezidenti Co Bayden yarımkeçirici istehsalçılarına dəstək haqqında qanunu da imzalayıb.

Bayden qeyd edib ki, yeni qanunun köməyi ilə ABŞ 21-ci əsrin iqtisadi rəqabətində qalib ola biləcək. Qanunun ABŞ-ın xarici təchizatdan asılılığını azaltmağa və Çin istehsalçıları ilə rəqabətdə Vaşinqtonun mövqeyini gücləndirməyə kömək edəcəyi gözlənilir.

Bundan başqa, ABŞ hökuməti “Micron Technology” ilə ABŞ-ın yarımkeçirici istehsalına 40 milyard dollar sərmayə qoymağa razılaşıb.

“Tayvanda artan gərginlik yarımkeçirici çatışmazlığının yeni dalğasına səbəb ola bilər”, – Tayvanın Fransadakı rəsmi nümayəndəsi Fransua Çin-Çun Vu deyib. Onun sözlərinə görə, çiplərin ən azı bir komponentinin istehsalı pozularsa, o zaman istehsal tamamilə dayanacaq: “Bu, bütün qlobal bazar üçün böyük problem olacaq”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.