Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) bu gün istismara verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, atansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib.

Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.

Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.