Türkiyə zəlzələnin fəsadlarını aradan qaldırmağa qadir dövlətdir –SƏFİR

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan dünən də bildirdi ki, Türkiyə bütün qurumları ilə, bütün imkanları ilə bu zəlzələnin fəsadlarını aradan qaldırmağa qadirdir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

“İki böyük zəlzələ yaşadıq. 10 milyondan çox insan bundan təsirləndi. Son dərəcə böyük bir təbii fəlakətlə qarşı-qarşıya qaldıq. İtkilərimiz var. Amma Türkiyə güclü bir dövlətdir. Bu yaraları ən qısa müddətdə saracağıq”, – səfir əlavə edib.

Səfir qeyd edib ki, zəlzələdən sonra Azərbaycan xalqı səfərbər olub:

“Kimin nəyə gücü çatırsa, yardım edir. Elə adam var əynindəki gödəkçəni, döşəyini, yorğanını göndərir. Kimisi də pul göndərir. Hər kəs əlindən gələni edir. Bundan çox minnətdarıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.