Şəhid olan Şəhriyar Əlibəyli Vətən Müharibəsinin iştirakçısı olub –FOTO

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun fotosunu təqdim edirik.

Bu gün şəhid olan baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə anadan olub. Əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb. 2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub. 2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olub. “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştiraкçısı” medalları ilə təltif olunub.

Ailənin təк uşağı olan zabit, subay idi.

 

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Eşqin Cəmil oğlu və Əlibəyli Şəhriyar Ramiz oğlu şəhid olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.