“Bakı və İrəvan danışıqların Rusiyada keçirilməsinə razılıq verib”- ZAXAROVA

“Azərbaycan və Ermənistan danışıqların növbəti mərhələsinin Rusiyada keçirilməsi ilə bağlı Moskvanın təklifini qəbul ediblər. Rusiya tərəfinin Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına kömək etmək səyləri davam edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən insidenti şərh edərkən deyib.

“Bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında Rusiyanın Ermənistan və Azərbaycana hər cür köməklik göstərmək səyləri davam edir. Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifimizi qəbul etdilər”, – XİN rəsmisi qeyd edib.

Zaxarova bildirib ki, danışıqların tarixi daha sonra açıqlanacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.