Yataqxanası olan peşə məktəbləri- SİYAHI

Peşə Təhsili üzrə Dövlət Agentliyi yataqxana infrastrukturuna malik peşə təhsil müəssisələrinin adını açıqlayıb.

Agentlikdən bildirilib ki, hazırda yeddi peşə təhsili müəssisəsi tələbələri yataqxana ilə təmin edir.

Bunlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi, Bərdə Peşə Liseyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.