REAL 5 min nəfərlik üzvlük siyahısını Ədliyyə Nazirliyinə təqdim edib

REAL partiyası 5401 nəfər üzvünün yenilənmiş reyster siyahısnı Ədliyyə Nazirliyinə təqdim edib.

Azpost.info bildirir ki, bu barədə REAL sədri İlqar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, Nazirliyin geri qaytardığı siyahıya düzəlişlər edilib. “Siyahıya  yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik. Yox, cavab mənfi olsa, hökumət Respublikaçı ALternativ partiyasını rəsmən qapatmağa çalışacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.