Mədəniyyət Nazirliyi Xalq artisti, mərhum İlhamə Quliyevanın yubilyeyini məzarı başında qeyd edib.
Azpost.info bildirir ki, anadan olmasının 80-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gedərək onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstləri qoyublar.
