Bakıda 62 yaşlı qadın özəl klinikada amputasiya əməliyyatı zamanı ölüb

Bakıda 62 yaşlı qadın özəl klinikada cərrahiyyə əməliyyatı zamanı ölüb.

APA– xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən ‘Medica Hospital’ xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.