Ölkədə inşaat işlərinin 89 faizi özəl şirkətlər tərəfindən aparılır –RƏQƏMLƏR

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 284,9 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,4 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,2 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.