Yaponiya alimlərindən inqilabi kəşf –Zəhərli maddələri təhlükəsiz xammala çevirdilər

Yaponyanın kimyaçı alimləri qab-qacaq, qida qabları və geyim istehsalında istifadə olunan zəhərli per- və poliftoralkil birləşmələrini sənaye üçün qiymətli xammala çevirmək üçün inqilabi üsul kəşf ediblər.

Azpost.info bildirir ki, “ACS Publications” jurnalında dərc olunan tədqiqat deqradasiyası mümkün olmayan və bununla da ətraf mühiti təhdid edən zərərli maddələrin yığılması probleminin həllində bir irəliləyişdir.

“Planet Today” portalı kəşfin mahiyyətini açıqlayıb. Belə ki, per- və poliftoralkil kimyəvi birləşmələrdən iki flüor atomunun çıxarılması onları  N-heterosiklik karbenlərə çevirməyə imkan verir. Bu çevrilmiş material ekoloji cəhətdən təmiz materiallar yaratmaq üçün kimya sənayesində istifadə oluna bilər.

Alimlər ümid etdiklərini bildiriblər ki, onların kəşfi daha davamlı istehsal və ekosistemə zərərli təsirlərin azaldılması istiqamətində mühüm addım olacaq.

Mütəxəssislər qeyd edirlər ki, bu cür yeniliklər təkcə kimya sənayesində deyil, həm də çirklənməyə qarşı mübarizədə, bir çox sənaye sahələrində problemə çevrilmiş zəhərli maddələrin aradan qaldırılması üçün elm və texnologiyanın yeni üsullarla zənginləşdirilməsində potensiala malikdir.

Yapon alimlərinin kəşfi ətraf mühitin qorunması, təhlükəli kimyəvi maddələrin təkrar emalı ilə təhlükəsiz materiallara çevrilmək üçün yeni imkanlar dövrünü açır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.