10 ayda ölkəmizdəki boru kəmərləri ilə 33 milyard kubmetr qaz göndərilib

Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 32 milyard 963,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4 faiz artım müşahidə olunub.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsini məlumatında deyilir.

Məlumata görə, on ayda qaz nəqlinin 55,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə təbii qaz ixracı ötən ilin müvafiq ayları ilə müqayisədə 6,6 faiz artaraq 18 milyard 209,8 milyon kubmetr olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.