“8-ci km Ticarət Mərkəzi” ləğv olunur

“8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğunu elan edib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.