“HƏMAS-ın tamamilə məhvi nədir və kimsə bunun mümkün olduğunu düşünürmü?”- MAKRON

“Fransa İsraildən Qəzza zolağında hərbi əməliyyatının məqsədlərini dəqiqləşdirməsini istəyir”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, Təl-Əviv HƏMAS-ın məhv edilməsindən başqa digər tapşırıqları da elan etməlidir. Makron hesab edir ki, əks halda münaqişə uzun illər uzana bilər.

“HƏMAS-ın tamamilə məhv edilməsi nədir və kimsə bunun mümkün olduğunu düşünürmü? Məqsəd bu olsa, müharibə 10 il davam edəcək”, – Makron bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.