Qarabağın bərpası üçün Türkiyə şirkətləri ilə 3,4 milyard dollarlıq müqavilə bağlanıb

Son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.

Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, indiyə qədər dövlət büdcəsindən bərpa prosesinə 7 mlrd. dollardan çox vəsait ayrılıb. Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.