Cənubi Koreyadan Putinin Kim Çen Ina avtomobil hədiyyə etməsinə- REAKSİYA

Cənubi Koreya Rusiya ilə KXDR arasında əməkdaşlığın inkişafını, o cümlədən bu yaxınlarda Şimali Koreya lideri Kim Çen Inın Rusiyadan hədiyyə olaraq “Aurus” markalı avtomobil almasını diqqətlə izləyir.

Azpost.info xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi İm Su Seok bildirib.

Onun sözlərinə görə, Seul Moskva və Pxenyanın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozmayacağına ümid edir: “Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Kim Çen Ina avtomobil hədiyyə etdiyi barədə məlumatlara gəlincə, Təhlükəsizlik Şurasının qətnamələrinin icrası tendensiyalarını diqqətlə izləyirik”.

XİN rəsmisi xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qaydaları müvafiq nəqliyyat vasitələrinin birbaşa və ya dolayı yolla tədarükü, satışı və ya ötürülməsini qadağan edir. Bu kateqoriyaya bahalı minik avtomobilləri də daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.