Kremldən Baydenin Putini təhqir etməsinə- REAKSİYA

ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələri Vaşinqtonu alçaldır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“ABŞ prezidentinin başqa dövlətin başçısına münasibətdə bu cür ifadə işlətməsi çətin ki, bizim prezidentimizin maraqlarına xələl gətirsin”, – Peskov bildirib.

O qeyd edib ki, Baydenin həmkarına qarşı təhqirləri “Hollivud kovboyuna” keçmək cəhdinə bənzəyir: “Bayden  özündən soruşmalıdır ki, Putin nə vaxtsa ABŞ liderlərinə qarşı belə bir ifadə işlədibmi? Rusiya prezidenti heç vaxt belə səviyyəyə enməyib”.

Qeyd edək ki, Bayden son çıxışlarının birində Putini “it oğlu” adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.