“Sürəti yox, həyatı seçin!”- Yol polisindən MÜRACİƏT

“Yollarda sürət həddinə riayət etmək yalnız sizin deyil, ətrafınızdakı hər kəsin təhlükəsizliyini təmin edir. Bir neçə saniyə avtomobili sürətli idarə etmək həyatınızı riskə atmaq deməkdir”.

Bu sözlərlə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarənin müraciətində daha sonra deyilir: “Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürət həddinə diqqət edin.

Sürəti yox, həyatı seçin!”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.