Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Nizami rayon ərazisində Rəhimov Nadir Əhmədağa oğlu idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı sərnişin avtobusu ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü İbrahimov Oruc İbrahim oğlunu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.