Tovuz sakini bıçaqlanıb

Tibbi Yardım
Tibbi Yardım

Tovuz sakini bıçaqlanıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.