Qazaxda Gürcüstan Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var

Qazaxda yol qəzası olub.

Qəzaya uğrayan avtomobil Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus olub.

Hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alnların kimliyi bilinib.

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxandan bildirilib.

Qeyd olunub ki, bu gün saat 21:30-da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə avtoqəza il bağlı çağırış daxil olub.

Xəsarət alan şəxslər 24.02.1955-ci il təvvəlüdlü Khulordava Malkhaz (kişi cinsi)və 29.11.1956-ci il təvvəlüdlü Todua Yalidir (qadın cinsi). (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.