“Möhtəşəm idi…”- Arda Turan “Qarabağ”a təşəkkür etdi

Türkiyənin “Eyupspor” klubunun baş məşqçisi Arda Turan “Qarabağ”ın Avropa Liqasında “Bayer”ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.

Ölkəsinin 37 yaşlı əfsanəsi Azərbaycan çempionunun möhtəşəm mübarizə apardığını vurğulayıb.

O şəxsi hesabında bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ı təbrik edib: “Qarabağ”. Möhtəşəm mübarizə. Təşəkkürlər, təbriklər”.

Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda 2:2 oynadığından avrokubokla vidalaşıb(idman.biz).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.