SEPAH İsrailə hücuma başladığını təsdiqlədi, bəyanat yaydı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürüldüyü Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə cavabdır.

SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.