Ekvador polisi İspaniyaya göndərilən 2 ton kokaini müsadirə edib

Ekvador hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokaini müsadirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə polisi X sosial hesabında məlumat yayıb.

“El-Oro limanında ixrac üçün malların olduğu konteynerə baxış zamanı İspaniyaya göndərilmək üzrə olan 1950 düzbucaqlı bağlamada kokain aşkar edilib”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, müsadirə edilən yük “19 milyon doza narkotik”ə bərabərdir. Konteynerin yoxlanılması nəticəsində bir nəfər saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.