“Putin məğlub ola bilməz, bütün üstünlüklər ondadır”- Macarıstan Baş naziri

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə məğlub ola bilməz, çünki bu münaqişədə bütün üstünlüklər onun tərəfindədir.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Putin üçün hər şey sadədir: faktlara, enerji mənbələrinə, əhaliyə baxın. Putin itirə bilməz. Müharibədə istifadə edilən əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlubiyyətini təsəvvür etmək belə çətindir”, – Orban Moskvaya səfərindən sonra “Bild”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın aylarda Ukraynada vəziyyət daha pisləşəcək, qarşıdurma güclənəcək və daha çox insan tələfatı olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.