Sadə rus qızı “Karib dəniznin piratı”nın yeni sevgilisidir.
Azpost.info bildirir ki, Yekatrinburqdan olan 28 yaşlı Yuliya Vlasova məşhur kino aktyoru Conni Deplə görüşür.
Yuliya 2014-cü ildə orta məktəbi bitirib, MGIMO-ya daxil olub. Daha sonra Praqadakı Qərbi Bohemiya Universitetinin diplomunu alıb. Çexiya şirkətində işə düzəlib və bir neçə il sonra Çexiyada öz gözəllik salonunu açıb.
Yuliya həmçinin model kimi çalışıb.
2021-ci ildə Yuliya Moskvada keçirilən “Miss Office” beynəlxalq gözəllik müsabiqəsinin finalçısı olub. Qız hava nəqliyyatı üçün hissələri istehsal edən Çexiya şirkətini təmsil edirdi. O burada baş koordinator vəzifəsində çalışıb.
Yuliya ötən gün helikopter meydançasında Conni Depplə birlikdə şəkili yayılıb. Bu, onların ikinci görüntüsüdür. Ən azı iki il əvvəl qızın Çexiyada Deppin konsertlərində iştirak etdiyi məlumdur.



