Müğənni Safiye Soymanın oğlu dünyasını dəyişib

Müğənni Safiye Soymanın oğlu Harun dünyasını dəyişib. 

Sənətçinin 47 yaşlı oğlu Harun Akaröz tənəffüs çatışmazlığı səbəbindən aparıldığı xəstəxanada dünyasını dəyişib.

Oğlunun ölümündən sonra vəziyyəti pisləşən Safiye Soyman “bu ağrıya necə dözüm? Əziz balam getdi, oğlum Bodruma son səfərinə yola düşür” ifadələrini işlədib.

Qeyd edək ki, Harun uzun müddət idi ki, xəstəliklə mübarizə aparırdı. Soymanın 47 yaşlı oğluna 26 il əvvəl  diaqnoz qoyulmuşdu(modern.az).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.