Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli üçün Qətərlə fəal əməkdaşlıq edəcək

Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli üçün Qətərlə fəal əməkdaşlıq etmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.

Danışıqlarda ikitərəfli əlaqələr, Qəzzadakı vəziyyət, regional və qlobal mövzular müzakirə edilib.

Prezident Ərdoğan bildirib ki, İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürməklə Qəzzada atəşkəs əldə etmək niyyətində olmadığını bir daha nümayiş etdirib. O qeyd edib ki, Türkiyə uzunmüddətli sülh və əmin-amanlıq gətirəcək həll yolu üzərində işləməyə davam edir və Qətərlə birlikdə bu istiqamətdə nəticələr əldə etmək üçün səylərini gücləndirmək niyyətindədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.