ABŞ regionda gərginlik təhlükəsi fonunda Yaxın Şərqə çox böyük hərbi güc yerləşdirib.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.
Rəsmi deyib ki, ABŞ hakimiyyəti hər hansı mümkün eskalasiya formasına hazır olmaq istəyir.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken G7 tərəfdaşlarına “Hizbullah” və İranın İsrailə mümkün hücumu barədə xəbərdarlıq etmişdi. O, hərəkətləri koordinasiya etmək və nəticələri minimallaşdırmaq üçün Tehrana və “Hizbullah”a diplomatik təzyiq göstərmək üçün iclas çağırdı.
Blinken qeyd edib ki, Vaşinqton “Hizbullah” və İranın hücumlarını məhdudlaşdırmaq, İsrailin cavabını cilovlamaq istəyir. Bunün üçün də digər dövlətlərin xarici işlər nazirləri Tehrana təzyiq göstərməlidirlər.
Azpost.info