“COP29-da fəaliyyətimizin uğurlu olması üçün əlimizdən gələni etməliyik” –Muxtar Babayev

Dəniz səviyyələrindəki dəyişikliklər kiçik ada dövlətləri üçün ekzistensial riskdir.

Bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29 prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb:

“İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir”.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.