Prezident İlham Əliyev Bakı Olimpiya Stadionuna gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

Eyni zamanda, dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verildi. Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edildi.

Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.