Dünya bazarında buğdanın qiyməti 10 faiz bahalaşıb

2024-cü ilin sentyabr ayında buğdanın tonunun qiyməti əvvəlki aya nisbətən 10.4% artaraq 227 dollar səviyyəsində qərarlaşıb.

Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir.

İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Bu il qlobal buğda istehsalının ötən ilə nəzərən 4 milyon ton artaraq 794 milyon ton olacağı proqnozlaşdırılır.

Qlobal buğda ehtiyatları həcminin isə ötən illə müqayisədə 3 faiz azalaraq 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

Cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 0.5% azalaraq (383 milyon ton) olacağı gözlənilir.

Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.

Rusiya buğdasının ixrac qiyməti sentyabr ayında əvvəlki aya nisbətən 0.5% azalaraq 219 ABŞ dolları/ton təşkil edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.