Dünya bazarında düyünün bir tonu 564 dollara satılır.
Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir. İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Hesabata görə, 2024-cü ilin sentyabr ayında düyünün qiyməti əvvəlki aya nisbətən 0.4% azalaraq 564 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Hesabatda şəkərin və çayın qiyməti də qeyd edilib.
2024-cü ilin sentyabr ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 9.3% artaraq 0.45 ABŞ dolları/kq olub.
Sözü gedən dövr ərzində çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 1.5% artaraq 3.3 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Azpost.info