Dünya bazarında südün qiyməti açıqlanıb.
Azpost.info bildirir ki, ABŞ bazarında satış qiyməti 3,3 faiz artıb. Südün fermadan 1 tonunun satış qiyməti 519,7 dollardır.
Yeni Zelandiya bazarında isə 6.7% artaraq 416 dollar olub.
Sentyabr ayında südün 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə Avropa İttifaqında 0.9% artaraq 526.7 dollar səviyyəsində qərarlaşıb.
Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir. İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Quru südün 1 tonunun qiyməti 2024-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə ABŞ-da 4.2%, Avropa İttifaqında isə 9.6% artaraq müvafiq olaraq 5291 və 4851 dollar olub.
Azpost.info