Piyadanı vurub hadisə yerindən qaçan sürücü SAXLANILDI

Yanvarın 1-də saat 06 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzPost-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21012” markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.