ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Bu barədə ABC News telekanalı məlumat yayıb.
Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.
İnsanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.
Məlumata görə, ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi bildirib avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.
Bundan başqa, ABŞ-ın Yeni Orlean şəhərinin meri avtomobilin kütləni vurmasını terror aktı adlandırıb.