Qaraçuxurda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyadavurma hadisəsi olub.

AzPost “Report”a istinadən xəbər verir ki, yanvarın 2-də saat 21 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Elnarə Polad qızı Rzayevanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.