Traktor maşına çırpıldı, ölənlər var- Biri 2 yaşlı uşaqdır

Tərtərdə ağır yol qəzası baş verib.

Hadisə dünən saat 22 radələrində Hümbətli kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktorla Ədalət Həsənəliyevin idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub. Nəticədə sonuncuda olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra traktorun sürücüsü Xəqani Aydınov hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.