Zaqatalada yeni doğulan körpə ölüb

Zaqatala yeni doğulan körpə ölümü baş verib.

AzPost APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib. X.Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.

X.Didiyevanın yaxınlarının verdiyi məlumata görə, bu, X.Didiyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X.Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.