Qubada yol-nəqliyyat hadisəsi olub, ölən var

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.