Kran 22 yaşlı fəhlənin üzərinə aşdı – Xəstəxanada vəfat etdi

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən fabrikdə kran 22 yaşlı fəhlənin üzərinə aşıb. AzPost İHA-ya istinadla xəbər verir ki, İsa Elalı işləyən zaman ehtiyatsızlıqdan ağır çəkili kran onun üstünə aşıb.

Hadisə yerinə təcli yardım və polis əməkdaşları gəlib. İlkin tibbi yardımdan sonra gənc Hendek Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin bütün müdaxilələrə baxmayaraq o, həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.