Pəncərələri təmizləyən qadın 13-cü mərtəbədən yıxılaraq ölüb- VİDEO

13-cü mərtəbədən
13-cü mərtəbədən

Adanada qadın pəncərələri təmizləyərkən 13-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adananın Çukurova mahalına bağlı Yurt Mahalında baş verən hadisədə 13-cü mərtəbədə yaşadığı evin pəncərəsini təmizləyən Emel Atapek müvazinətini itirərək yıxılıb.

Qadının yıxıldığını görənlər dərhal polisə və təcili yardıma zəng edib. Hadisə yerinə gələn həkimlər apardıqları müayinədən sonra Atapeyin vəfat etdiyini təddiqləyib. Cəsəd Adana Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.