Bakının Nəsimi rayonunda avtomobil sürücüsü yol-nəqliyyat hadisəsi törədib. AzPost Lent.az-a istinadla xəbər verir ki, qəza Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Belə ki, “Toyota” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.
Zərbənin təsirindən işıq dirəyi yerindən qopub. Hadisədə avtomobilə və yol təsərrüfatına ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladsaq ki, bir müddət əvvəl Mingəçevirdə analoji yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Gəncə şosesində qeydə alınıb.
Qəza zamanı idarəetmədən çıxan KIA markalı minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə zamanı yaralanan sürücü 1992-ci il təvəllüdlü Turqut Əlövsət oğlu Əlibəyli xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.