Martda neçə gün evdəyik?

Bu ay şənbə-bazar günləri də daxil 18 gün qeyri-iş günü olacaq.

AzPost xəbər verir ki, Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün – martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.

1, 2, 8, 9, 15 və 16 mart tarixləri də şənbə-bazara təsadüf etdiyindən mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil edəcək.

Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramı qeyd olunacaq.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.