“Uçan taksi”nin sürücüsü ilk dəfə danışdı –Narkoloji testin cavabı açıqlandı

Uçan taksi
Uçan taksi

“Uçan taksi”nin sürücüsü ilk dəfə danışdı

Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb. AzPost Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: “Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım”.
O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib: “Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir”.
Qeyd edək ki, iki gün əvvəl Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Ford”a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.
Xatırladaq ki, bir neçə gün öncə  taksi sürücüsünə yeni avtomobil hədiyyə olunacağı ilə bağlı xəbərlər yayılmlşdı.Bildirilib ki, bundan əlavə “Uçan taksi”nin sürücüsü Anar Nəcəfovun xərcləri, həmçinin bank borcları da qarşılanacaq. Borcları qarşılayan şəxs adının açıqlanmasını istəməyib.

Bu barədə məlumat verən sürücünün gəlini həmçinin bildirib ki, Anar Nəcəfovun bu qəzanı törətməsinin səbəbi sadəcə olaraq qıcolmasının tutmasıdır. O bildirib ki, sürücü haqqında “narkoman olub” rəylərini yazanlar yanlışlığa yol veriblər və onlar bu kimi rəylərdən çox məyus olublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.