Fransa sülh sazişi imzalamaq yolunda Ermənistan və Azərbaycanı tam dəstəkləyir.
AzPost bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 6-cı sammitindəki çıxışında deyib.
“İnanıram ki, Ermənistanla Azərbaycan arasında hər şey sülh müqaviləsinin imzalanması ilə başa çatacaq və Nikol Paşinyana və İlham Əliyevə demək istəyirəm ki, biz bu sazişin imzalanması yolunda sizi tam dəstəkləyirik”, – deyə Fransa prezidenti qeyd edib.