Bu sənədi olan torpaqlara mülkiyyət hüququ veriləcək

Torpaq
Torpaq

Azərbaycanda 2001-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən verilmiş torpaq sahələrinə dair sənədlər də hüquq müəyyənedici sənəd kimi qəbul ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

N.Alimova qeyd edib ki, vətəndaşların həmin torpaq sahələrində uzun müddət mübahisəsiz yaşaması nəzərə alınaraq, icra nümayəndələrinin verdiyi sənədlər əsasında mülkiyyət hüququnun tanınması təmin ediləcək.

“Bu dəyişiklik yüz minlərlə vətəndaşa hüquqi status əldə etmək imkanı verəcək”, – deyə N.Alimova əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.