Keçmiş bələdiyyə sədri örüş sahələrini satıb

Göyçayın Şəkər kəndində mal-qara saxlamaq çətinləşib. Pravda.az-ın ATV-yə istinadla verdiyi məlumata görə, kənddə örüş sahələrinin olmaması sakinləri çıxılmaz vəziyyətə salıb. Onların iddiasına görə, hektarlarla örüş sahəsi satılıb.

Faktı Şəkər kənd bələdiyyəsindən də təsdiqləyiblər.

Bildirilib ki, sakinlərin göstərdiyi torpaqlar həqiqətən də örüş təyinatlı ərazilər olub. Həmin torpaqlar əvvəlki bələdiyyə rəhbərliyi tərəfindən rəsmi qaydada bir vətəndaşa satılıb və satışla bağlı hüquqi sənədlər mövcuddur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.